Maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdədir

    Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin (4.4 Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər) icrası ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkomaniyanın ziyanı ilə bağlı sms bildiriş (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, Baş Narkotiklərlə Mübarizə İdarəsi (012) 590-21-10, Respublika Narkoloji Mərkəzi (012) 455-07-61) ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən mərhələli şəkildə cari ilin 17 iyul tarixindən etibarən SMS vasitəsilə abunəçilərə göndərilməsinə başlanılmışdır.

 




Baxılıb: 1331