2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

  2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1853 fakt aşkar edilmişdir ki, onlardan 525-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton585 kq 686,765 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 6958 ədədçətənə kolu müsadirə olunmuşdur.

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 510 kq 752,924 qr marixuana(32,2%), 199 kq 523,602 qr tiryək (12,6%), 803 kq 880,072 qr heroin (50,7%), 51 kq 356,945 qr həşiş (3,2%), 16 kq 215,884 qr digərləri (1%), 2 kq 886,845 qr psixotrop maddələr (0,2%), 2510,732 prekursorlar (0,1%), o cümlədən 2 kq 256,4 qr güclü təsir edən maddə, 1 kq 480,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100%  və 4961 ədəd həb təşkil etmişdir.

    Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 384 ha 44 sot ərazidən 78 ton 883 kq 897 qr (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

    Cinayət məsuliyyətinə 1287 nəfər cəlb edilmişdir ki, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvələr cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 19-u İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i  Türkiyə, 1-i ABŞ, 1-i isə  İrlandiya Respublikasının vətəndaşı olmuşdur.

   Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

  Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər təşkil etmişdir ki, onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir.

   Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır.

    İİV-ə yoluxması təsdiq olunmuş 7061 nəfərdən 3103-də (43,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2250 (72,5%) nəfər dispanser qeydiyyatındadır. 01.07.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4568 nəfər təşkil etmişdir ki, onların da 1853 nəfəri İNİ olmuşdur. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində İNİ aşkar edilmişdir.

    2018-ci ilin II rübü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7710 nəfər keçmişdir. Onlardan 902 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 447 nəfər istifadəçi aşkar olunaraq qeydiyyata götürülmüşdür.  

   Həmçinin, hesabat dövründə 810 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 183 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 627 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 262 xəstə müalicə alır. Onlardan 204 nəfəri Respublika Narkoloji Mərkəzində, 58 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.




Baxılıb: 1682