İctimai maarifləndirmə və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin davamı olaraq, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin məlumatlandırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı video çarx cari ilin 15 iyul tarixindən etibarən Bakı şəhərinin küçələrində yerləşən 19 elektron reklam tablosunda yenidən yayımlanmağa başlanılıb və adı çəkilən sosial rolikin uzun müddətli nümayişi nəzərdə tutulur.