Saatlıda “ağ ölüm”ə qarşı ciddi mübarizə aparılır

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə mübarizə haqqında mövcud qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər haqqında əhalini məlumatlandırmaq məqsədi ilə “İki sahil” qəzetində açılmış rubrika və dərc edilən materiallar oxucular tərəfindən dərin razılıq hissi ilə qarşılanır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2996 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” (2018-2018-ci illər) rəhbərlik və icra üçün qəbul edilmiş, proqramda nəzərdə tutulan tədbirlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Saatlı rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Saatlı Rayon Komissiyası tərəfindən narkomaniyaya qarşı mübarizə işini lazımi səviyyədə qurmaq üçün 2018-ci il üzrə fəaliyyət planı təsdiq edilmişdir. İş planında nəzərdə tutulan müddəalar rayon komissiyası tərəfindən icra üçün qəbul edilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə işi fasiləsiz olaraq nəzarətdə saxlanmışdır. Müvafiq İşçi Qrupunun tövsiyələri rayon komissiyası tərəfindən rəhbər tutularaq icrası müntəzəm olaraq yerinə yetirilmişdir. Ötən dövr ərzində, əsasən antinarkotik təbliğata, maarifləndirmə işinə, qabaqlayıcı fərdi proflaktik tədbirlərə xüsusi önəm verilmiş, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə diqqət artırılmış, insanların sağlam həyat tərzinin qorunması istiqamətində mədəni-kütləvi tədbirlərə, idman oyunlarına, görüş və “dəyirmi masa”lara geniş yer ayrılmışdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Saatlı Rayon Komissiyası rayon Gənclər və İdman İdarəsi ilə birgə gənclərin ideya-siyasi tərbiyəsi, fiziki sağlamlığı, vətənpərvər ruhda yetişməsi, “ağ ölüm” adlandırılan narkomaniyanın mənfi təzahürlərinə qarşı mübarizə haqqında gənclər sahəsi üzrə 2018-ci ilin birinci yarısında 14 maarifləndirici tədbir, idman sahəsi üzrə 9 yarış və müsabiqə keçirmişdir. Gənclər və yeniyetmələrlə keçirilən görüş və dəyirmi masalarda narkomanlığın zərərli təsirləri ilə bağlı müxtəlif mövzularda söhbətlər aparılmış, burada müvafiq dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı təmin edilmiş, daha geniş məlumatlandırma məsədilə yerli “Dönüş” qəzetində və digər KİV-də, internet resurslarında materiallar dərc edilmişdir.

Belə tədbirlər, eyni zamanda rayonun təhsil müəssisələrində də geniş formada təşkil eidlmiş, narkomaniyanın mənfi fəsadları haqqında profilaktik söhbətlər aparılmışdır.

Rayon kimissiyası Saatlı rayon polis şöbəsinin “Xaş-xaş- 2018” şərti adı altında keçirilən əməliyyat-axtarış və proflaktik tədbirlərdə yaxından iştirak etmiş, şəhər və kənd yaşayış məntəqələrində, meşə zolaqlarında və istifadəsiz qalan ərazilərdə mütəmadi reydlər təşkil etmişdir. Komissiya müvafiq qurumlarla birgə narkoxassəli bitkilərin qanusuz əkilb-becərilməsi və yabanı halda bitən bu növ bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində işləri gücləndirmiş, narkomaniyaya qarşı mübarizənin daha effektiv olması məqsədi ilə müasir üsul və vasitələrdən istifadə etmişdir. Görülən tədbirlər nəticəsində 2018-ci ilin 6 ayı ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində 17 cinayət faktı aşkar edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələr dövriyyədən çıxarılmışdır. 8 cinayət işi üzrə saxlanılan narkotik vasitələr məhv edilmişdir.

Rayonda narkomaniyaya düçar olmuş xəstələrin müalicəyə cəlb edilməsi işi də daim nəzarətdə saxlanılır. Narkotik tərkibli dərmanların, psixotrop maddələrin qeyri-qanuni yollarla rayona gətirlməsinin qarşısının alınması üçün ciddi tədbirlər davam etdirilir.

Gələcəkdə bu sosial bəlanın kökünü tamamilə kəsmək, narkomaniyaya qarşı qətiyyətli və kompleks şəkildə mübarizə aparmaq üçün şəhər və kənd ərazi nümayəndələrinə, bələdiyyələrə, polis orqanlarına və digər aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, narkomaniyaya qarşı mübarizə üzrə rayon komissiyasının işinin daha da təkmilləşdirilməsi və səmərəli fəaliyyət göstərməsi üçün lazımi tədbirlər həyata keçirilir.

İlham Quliyev,

Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Saatlı Rayon Komissiyasının sədri




Baxılıb: 1312