Şəhər və rayonlarda maarifləndirmə tədbirləri davam etdirilir

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Siyəzən, Şabran, Xaçmaz, Quba, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

   Tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılara paylanılması təmin olunacaq.




Baxılıb: 1321