Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton 380 kq xaş-xaş və 26 ton 607 kq çətənə kolları məhv edilib.

    Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən “Xaş-xaş 2018” şərti ad altında Astara, Lerik, Şəki, Yardımlı və Zaqatala şəhər/rayonların ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 10 ton 380 kq xaş-xaş və 26 ton 607 kq çətənə kolları müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv edilmə prosesləri mütəxəssislərin, yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 1228