Sabunçu rayonu 1 saylı internat məktəbində maarifləndirmə tədbiri keçirilib

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq 13 noyabr 2018-ci il tarixdə Sabunçu rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli İnternat məktəbində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər, Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

  Həmçinin, tədbirdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması və sağlam həyat tərzini təbliğ edən sosial rolikin yayılması təmin olunmuşdur.




Baxılıb: 3304