Qaradağ rayonu 9 nömrəli İnternat məktəbində maarifləndirmə tədbiri keçirilib

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq 04 dekabr 2018-ci il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 9 nömrəli Xüsusi internat məktəbində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir .

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər və  Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

 Eyni zamanda tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır




Baxılıb: 1969