Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16–18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi təşkilati məsələlər barədə Sərəncam

“Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli 694 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə:
1. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16–18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı işlərin əlaqələndirilməsi və təşkilati məsələlərin həyata keçirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri
Natiq Məmmədov - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatı rəhbərinin müavini

İşçi qrupunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı üzrə üzvləri:
Qulu İmanquliyev - təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri;
Ağadayı Ağayev - beynəlxalq əlaqələr şöbəsinin müdiri;
Qasım Abdullayev - kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri;
Musa Ələkbərov - humanitar və sosial məsələlər şöbəsinin müdiri;
Elşən Hacızadə - sənaye və energetika məsələləri şöbəsinin müdiri;
Şahin Sadıqov - maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri;
Zemfira Sairbəyzadə - regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri;
Vəfa Əliyeva - sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri;
Akif Əli - mətbuat xidmətinin rəhbəri;
Xalid Qasımlı - hüquq şöbəsi müdirinin müavini;
Süleyman Şəfiyev - İşlər müdiri;
Ramin Talıblı - Baş nazirin müavininin köməkçisi.

İşçi qrupunun digər qurumlar üzrə üzvləri:
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;
Araz Əzimov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;
İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini;
Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini;
Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;
Vilayət Zahirov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini;
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini;
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini;
Rafiq Bayramov - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;
Rüstəm Usubov - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini;
Əsgər Abdullayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;
Aynur Sofiyeva - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;
Asif Cəbrayılov - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;
Qafar Cəbiyev - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası sədrinin müavini;
Rəşad Nəsirov - “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin müavini;
Dağbəyi İsmayılov - “Azərbaycan Dövlət İnformasiya Agentliyi” İdarə Heyəti sədrinin müavini;
Rəhman Qurbanov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti;
Ramin Yusifov - “Azərişıq” ASC sədrinin müavini;
Seymur Seyidov - “Azərsu” ASC sədrinin müavini;
Sabir İlyasov - “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti;
Fərasət Qurbanov - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru;
Elgin Həbibullayev - Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri;
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;
Fəqan Şahverdiyev - Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri.

2. “Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
3. Bu Sərəncamdan irəli gələn məsələlər Sərəncamın 1-ci hissəsi ilə yaradılmış İşçi qrupu və aidiyyəti qurumlar tərəfindən həll edilsin.
4. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənova həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Bakı şəhəri, 10 dekabr 2018-ci il




Baxılıb: 2157