“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar maarifləndirmə tədbirlərinin effektliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqəsdi ilə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə carı ilin dekabr ayının 21-də Astara rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri, psixoloqlar, müəllim və yeniyetmələr iştirak etmişdirlər. Tədbirdə çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışmış, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılmışdır.