Oğuz rayonu ərazisində 3 ton 144 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  Bayan kəndi ərazisində 2620 ədəd, ümumi çəkisi 3 ton 144 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1269