26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik rayonunda tədbir keçirilib

   Rayon komissiyasının təşkilatçılığı ilə 21 iyun 2019 ildə “26 iyun - BMT-nin Narkotiklə Mübarizə Günü” ilə əlaqədar yeniyetmə, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Narkotiklərə Yox deyək!”devizi altında maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi Babaxan Rufullayev, rayon təhsil şöbəsinin əməkdaşı Hüseynbala Əliyev, gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, mərkəzi xəstəxananın baş həkiminin müavini Əfrail Ağayev, rayon polis şöbəsinin azyaşlılarla iş üzrə inspektoru Anar Kərimov çıxış edərək yeniyetmə və gənclərə narkomanlığın, hepatit, QİÇS və s. kimi təhlükəli xəstəliklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi bəlalar, cəmiyyətə və ailəyə vurduğu ziyanlar barədə məlumat vermiş, ağ ölümün yaratdığı problemlərlə bağlı qısametrajlı filim nümayiş etdirilmiş, iştirakçılara maarifləndirici buklet - kitabçalar paylanmışdır.  




Baxılıb: 1279