Cari ilin 25 iyul tarixindən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə “Azərfon” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələrinin (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.
SMS-lər mərhələli qaydada təqribən 1,5 milyon abunəçiyə ünvanlanıb.