2018-ci ilə dair “Ölkə Məruzəsi” jurnal formasında nəşr edilmişdir

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumların təqdim edikləri hesabatlar əsasında hazırlanmış “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair Ölkə Məruzəsi” jurnal formasında nəşr edilmişdir.

  Həmin sənəddə 2013-2018-ci illər üzrə Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin İşçi Qrupunun təşkilatçılığı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.




Baxılıb: 1382