Narkomaniya “ağ ölüm”dür

Müstəqilliyimizin ilk günlərindən cəmiyyətin qara yarası olan narkomaniyaya qarşı ciddi mübarizəyə başlanmışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə bu mübarizə artıq sistemli şəkildə aparılmağa başladı. Bu istiqamətdə tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycan beynəlxalq konvensiyalara qoşuldu.Dövlət Proqramları qəbul edildi. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə narkomaniyaya qarşı mübarizə tədbirləri  uğurla  davam etdirilir. Cənab Prezident dəfələrlə ali tribunalardan çıxış edərək dünya birliyini Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında fəaliyyət göstərən narkotik qacaqmalçılığı ilə mübarizəyə cağırmışdır.Bəllidir ki, separatçılığın, terrorculuğun ən böyük maddi dəstəyi narkotik ticarətdir. Torpaqlarımız işğal altında qaldıqca mənfur qonşularımız Qarabağ torpaqlarından öz çirkin niyyətləri üçün istifadə edərək nəzarətsiz əraziləri narkotik istehsalı və tranziti üçün istifadə edirlər.

Statistika göstərir ki, narkomaniya daha çox inkişaf etməkdə olan ölkələrdə yayılmaqdadır. Cünki inkişaf nəticəsində artan gəlirlərdən narkomafiya da öz payını almaq üçün mübarizə aparır. Turizmin inkişaf etdiyi bölgələrdə bu risk xüsusilə yüksəkdir. Narkomaniyanın yayılmasına ən başlıca səbəbi laqeydlikdir. Odur ki, İsmayıllı rayonunda keçirdiyimiz bütün maarifləndirmə tədbirlərində vətəndaşları laqeydlikdən uzaq olmağa cağırırıq.

İsmayıllı rayonu coğrafi mövqeyinə görə narkotik bitkilərin təbii şəkildə yayılma arealına daxildir. Sovetlər dövründən rayonun ərazisində narkotik bitkilərin becərilməsi, satılması faktları mövcud olmuşdur. Ən qəribəsi isə budur ki, bəzən insanlar nə olduğunun fərqinə varmadan, tətbiqini və vurduğu zərərləri bilmədən narkotik bitkilər becərmişlər. Müasir informasiya texnologiyalarının inkişaf etməsi nəticəsində insanlar bu vasitələrin zərərli olduğunu öyrəndilər.

İsmayıllı rayonunda Narkomalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iş planına və yerli tədbirlər planına əsasən mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.Tanınmış ziyalılar, dindarlar, mütəxəsislər maarifləndirmə işlərinə cəlb edilirlər.Tədbirlərin effektivliyini artırmaq, sistemliyi, ardıcılığı və təsirliliyi təmin etmək ücün hər ilin əvvəlində rayon komissiyası tərəfindən bütün təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə, işçilərin sayı cox olan idarə və təşkilatlara məktublar ünvanlanır və onların narkomaniyaya qarşı mübarizə tədbirlərinə qoşulmaları təşkil olunur. Cari ildə  komissiya üzvlərinin iştirakı ilə rayonumuzun 9 məktəbində, o cümlədən İsmayıllı şəhərindəki 4, 1 və 3 saylı məktəblərdə, Kürdeldarbəyli kənd tam orta məktəblərində “Gəlin narkomaniyaya birlikdə yox deyək”, “Narkomaniya “ağ ölüm”dür”, “Narkomaniyyaya və zərərli vərdişlərə yox deyək” mövzusunda seminarlar keçirilmişdir. Hər il olduğu kimi, 2018-ci ildə də 26 iyun-Narkotiklərlə Beynəlxalq Mübarizə Günü ərəfəsində Mərkəzləşdirilmiş Kitabxana Sistemində geniş maarifləndirici tədbir  keçirilmiş, videoçarx nümayiş etdirilmiş, tədbir iştirakçılarına bukletlər paylanmışdır.

Rayon komissiyası gənc nəslin narkomiyadan uzaq olması üçün bir necə istiqamət üzrə tədbirlər həyata keçirir. Bu işdə bizə kütləvi informasiya vasitəsi olan “İsmayıllı xəbərləri” qəzeti cox kömək edir. Qəzetdə mütəmadi olaraq narkomaniya, onun cəmiyyətə zərərləri barədə, mütəxəssis fikirləri, problemə laqeyd qalmamaqla bağlı məqalələr cap olunur,sosial şəbəkələrdə müzakirələr acılır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə üzrə İsmayıllı rayon Komissiyası




Baxılıb: 1509