Hacıqabul və Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir təşkil olunub

 "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 15 avqust tarixində Dövlət Komissiyasının İşçi Qrupu Hacıqabul rayon və Şirvan şəhər İcra Hakimiyyətləri ilə birgə dəyirmi masa keçirmişdir.

  Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, İşçi qrupun sektor müdiri, Rayon İcra Hakimiyyəti başçılarının müavinləri, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyalarının üzvləri iştirak etmişdir.

    Tədbirlər çərçivəsində şəhər/rayon komissiyalarına metodiki köməklik göstərilmiş və onlar zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.




Baxılıb: 1514