Gəncləri zərərli vərdişlərdən qoruyaq

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Lerik Rayon Komissiyasının rəhbərliyi ilə aidiyyəti orqanlar tərəfindən  2019-cu ilin 6 ayı ərzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində kompleks təşkilati  tədbirlər həyata keçirilmişdir.

Dövlət Komissiyasının 2019-cu il üçün  İş Planı rəhbərlik və icra üçün qəbul edilmiş, rayon komissiyasının 2019-cu il üçün Tədbirlər planı tərtib edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  İşçi Qrupuna təqdim edilmişdir. 

Rayon komissiyasının 2019-cu il üçün tərtib edilmiş  tədbirlər planında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, belə  vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində rayon Polis şöbəsi, rayon Mərkəzi xəstəxanası, ərazi tibb müəssisələri, ərazilər üzrə yerli icra hakimiyyəti, özünüidarə orqanları rəhbərləri tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, gənclərin asudə vaxtının təşkili və məşğulluq problemlərinin həll olunması istiqamətində kompleks tədbirlər görülməsi və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi   nəzərdə tutulmuşdur.

Antinarkoloji təbliğat təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə   rayon komissiyasının  (2527)46021 nömrəli etimad  telefonu təşkil edilmiş, bu barədə məlumatlar rayon İcra Hakimiyyətinin internet saytında yerləşdirilmiş və rayonun yaşayış məntələrində elanlar yerləşdirilməklə etimad telefonu ilə  bağlı əhali mütəmadi qaydada məlumatlandırılmışdır. 

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 10 may 2019-cu il tarixli iclasında Azərbaycan  Respublikası  Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın rayonda 2018-ci ildə  icra vəziyyəti barədə” məsələ müzakirə olunmuş, rayon komissiyasının, rayon polis şöbəsinin və digər aidiyyəti orqan rəhbərlərinin mübarizə-profilaktika tədbirləri barədə hesabatlarının dinlənilməsi  təmin edilmiş,   Şuranın iclas qərarından və Dövlət Komissiyasının 2019-cu il üçün  İş Planından irəli gələn  zəruri məsələlərin icrası ilə bağlı  aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir

Rayon komissiyasının 2019-cu ilin 6 ayı ərzində 2 iclası keçirilmişdir.  Komissiyanın  2 fevral 2019-cu il tarixli iclasında aidiyyəti orqanların, rayon Polis şöbəsinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış, mübarizə -profilaktika tədbirləri barədə, rayon Mərkəzi xəstəxanasının  narkomanlığa düçar olmuş şəxslərin  qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabatları, 29 iyun 2019-cu  il tarixli iclasında Dövlət Komissiyasının 2019-cu il üçün İş Planında nəzərdə tutulmuş tədbirlər, o cümlədən  rayon Polis şöbəsi və aidiyyəti orqanlar tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorların qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri, narkotik  vasitələrin  qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması, narkotik xassəli bitkilərin əkilib-becərilməsi, yabanı şəkildə yetişən bu növ bitkilərin “Xaş-xaş-2019” kompaniyası çərçivəsində aşkar olunub məhv edilməsi ilə bağlı hesabatları dinlənilmişdir. Əlavə olaraq rayon komissiyasının rəhbərliyi ilə BNMİ-nin Cənub Regional Şöbəsinin, Lerik Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin əməkdaşları tərəfindən rayonun yaylaq  ərazilərində dövlət torpaqlarında və sərhəd zastavası ərazisində “Xaş-xaş- 2019” şərti adı altında yabanı şəkildə bitmiş narkotik tərkibli xaş-xaş kollarının aşkar edilərək yığılması və yandırma üsulu ilə məhv edilməsi istiqamətində tədbirlər  davam etdirilir.

Rayon komissiyasının rəhbərliyi ilə rayon Polis şöbəsi, Təhsil şöbəsi, rayon Mərkəzi xəstəxanası və Gənclər və idman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə ictimaiyyətin iştirakı ilə davamlı kompleks qabaqlayıcı tədbirləri davam etdirilmişdir. Antinarkoloji təbliğat təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə rayonun ictimaiyyət nümayəndələrinin, qadın və gənclər təşkilatlarının nümayəndələrinin təklifləri nəzərə alınmaqla rayon komissiyasının  tövsiyələri hazırlanaraq kənd ərazi icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanları, ərazi tibb, təhsil müəssisələrinin rəhbərlərinə göndərilməsi təmin edilmişdir.

Rayonda 2019-cu ilin 6 ayı ərzində narkomanlığın profilaktikası istiqamətində, o cümlədən işaxtaran və işsiz gənclərin məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Məşğulluq mərkəzinin sifarişinə əsasən Lerik texniki peşə məktəbində gənclər üçün peşə təlim kursları təşkil edilmiş, 20-dən artıq gənc təlim kurslarını bitirərək rayonun idarə, müəssisə, təşkilatlarında əmək fəaliyyətinə cəlb olunmuşdur. Əlavə olaraq 481-dən artıq işaxtaran vətəndaş  rayonun Vov, Conu, Əvilə,Boykəndil,Zenonu, Vamazğon və Vılık kənd  məktəblərinin əsaslı tikinti işlərində, Piran-Hamarat-Vıjaker və Lerk-Orand-Nuravud-Zərdəbərə avtomobil yollarının əsaslı tikintisində, Lerik şəhərində mərkəzləşdirilmiş kanalizasiya sisteminin və sutəmizləyici qurğuların əsaslı tikintisi layihəsi çərçivəsində, Lerik şəhərində inşa edilən 48 mənzilli yaşayış binasının tikintisində, Orand və Siyov  kənd tam orta məktəblərin əsaslı tikintisində və şəhərdə icra edilən tikinti-abadlıq işlərində işlə təmin olunmuşlar. Cənab Prezidentin tapşırığına əsasən rayon Kommunal müəssisələri istehsalat birliyində 80, rayon Qaz istismar sahəsində 42, rayon Yol idarəsində 39, digər xidmət sahələrində 184 olmaqla 365 yeni ictimai işlər təşkil edilmiş, DOST-İŞ mərkəzinin xətti ilə işsiz vətəndaşlar işlə təmin olunmuşdur. Ümumilikdə 2019-cu ilin 6 ayı ərzində rayonda icra edilən tikinti işlərində və ictimai işlərdə 976 nəfər işlə təmin olunmuşdur ki, onların 641-ni 17-35 yaşlı gənclər təşkil edir.

2019-cu ilin 6 ayı ərzində rayon Mərkəzi xəstəxanası tərəfindən narkomanlığa düçar olmuş şəxslərin qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat və maarifləndirmə sahəsində fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində qeydiyyatda olan  32 nəfər  narkoloji xəstə, 9 xroniki alkoqolizmdən əziyyət çəkən şəxs və 26 profilaktiki qeydiyyatda olan şəxslərlə müvafiq kompleks müalicə-profilaktika işlərinin  əhəmiyyətli dərəcədə yaxşılaşdırılması təmin edilmişdir.  2019-cu ilin hesabat dövrü ərzində rayon ərazisində narkoloji xəstə aşkar olunmamışdır. Rayonun təhsil müəssisələrində məktəblilər (tələbələr) arasında narkomanlığın və ağır yoluxucu xəstəliklərin (Hepatit C, QİÇS) yayılmasının qarşısının alınması istiqamətində 3 tam orta  məktəbdə məşğələ proqramı icra edilmişdir. Əlavə olaraq AIDS-lə Mübarizə Mərkəzinin Əsasnaməsində göstərilən həssas qrupa daxil edilən şəxslərin o cümlədən rayon mərkəzi xəstəxanasının narkoloji müşahidəsində olan narkomanlardan 4 nəfərin qanının müayinəyə göndərilməsi təmin edilmişdir. Bu istiqamətdə tədbirlər davam edir.

2019-cu ilin 6 ayı ərzində aidiyyəti orqanların- rayon polis şöbəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi, təhsil aldığı inzibati ərazilər üzrə ictimaiyyətin iştirakı ilə  kompleks şəkildə profilaktik və maarifləndirmə tədbirləri davam etdirilmişdir Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayonun ümumtəhsil məktəblərinin X-XI siniflərində fakultativ məşğələ saatları  hesabına həftədə 1 saat olmaqla şagirdlərə sağlam həyat tərzi, narkotikləri insan sağlamlığına zərəri ilə bağlı məlumatlar  verilmişdir. Məktəblərdə pedaqoji və valideyn şuraları, yerli  bələdiyyələr, qeyri-hökumət təşkilatları ilə əlaqə genişləndirilmiş, tədris müəssisələrində nəzarət qruplarının fəaliyyəti gücləndirilmiş, ərazilərdə ictimaiyyətin iştirakı ilə “Ağ ölümə YOX deyək”,  “Sağlam bədəndə sağlam ruh olar”, “Yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən qoruyaq”, “Narkomaniya ümumbəşəri bəladır”, “Narkomanlıq bədbəxtlik vasitəsidir” mövzularında söhbətlər aparılmışdır.  .  

Antinarkoloji təbliğat maarifləndirmə tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətinin dəstəyi ilə 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü münasibətilə aidiyyəti orqanların, yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin şəhər 1 saylı Texniki fənlər təmayüllü liseydə məktəbli gənclərlə görüşü keçirilmiş,  görüşdə yerli özünüidarə orqanlarının, ictimaiyyət nümayəndələrinin və məktəbli gənclərin təklifləri dinlənilmişdir.

Rayonda idmanın kütləviliyinin artırılması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud idman obyektlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayonda futbol, voleybol, sərbəst güləş,  şahmat, basketbol, taekvondo, ağır atletika və s. idman növləri üzrə idman birlikləri təsis edilmiş,  onların fəaliyyətinin təmin etmək məqsədilə tədbirlər həyata keçirilmişdir. 2019-cu ilin I və II rübü ərzində idman birliklərində aylıq yarışlar keçirilmiş, təşkil olunan yarışlara gənclər və yeniyetmələr cəlb olunmuşdur.  Əlavə olaraq rayon İcra Hakimiyyətinin dəstəyi ilə orta məktəb şagirdlərinin iştirakı ilə  şahmat, voleybol, güləş üzrə rayon çempionatları  keçirilmiş, qaliblərin ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirakı ilə mükafatlandırılması mərasimi keçirilmişdir.Əlavə olaraq gənclər və yeniyetmələr arasında keçirilən  rəsm və yazı müsabiqələri, “Kim, nə, hara?”, “7 sual-7 cavab” adlı intelektual bilik yarışları, digər kütləvi idman tədbirləri narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərin tərkib hissəsi olmuşdur. Rayon Polis şöbəsi əməkdaşlarının rayonun ümumtəhsil məktəblərində məktəbli gənclərlə görüşləri keçirilmiş, diskussiyalar təşkil olunmuşdur.   Rayon Gənclər və idman idarəsi tərəfindən  rayon təhsil şöbəsi  ilə birgə müxtəlif   əbədi-bədii gecələrin  təşkil  edilməsi yeniyetmə və gənclərdə narkomanlığa meyil kimi zərərli vərdişə qarşı barışmazlıq   ruhunun formalaşmasında əvəzsiz rol oynamışdır.

Cəlil Baxşıyev,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Lerik Rayon Komissiyasının sədri




Baxılıb: 1333