Ağdam rayonu ərazisində 6 kiloqram çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonunun Çəmənli kəndi ərazisində 31 ədəd, cəmi çəkisi 6 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 




Baxılıb: 2545