Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 5 ton 128 kq xaş-xaş və 8 ton 672 kq çətənə kolları məhv edilib.

   Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən “Xaş-xaş 2019” şərti ad altında Ağstafa, Qazax, Lerik, Yardımlı, Şəki və Zaqatala şəhər/rayonların sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 5 ton 128 kq xaş-xaş və 8 ton 672 kq çətənə kolları müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv edilmə prosesləri mütəxəssislərin, yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 1282