Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə carı ilin 30 oktyabr tarixində Cəlilabad rayonunda tədbir keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi QrupununvəCəlilabad Rayonİcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İşçi Qrupunun əməkdaşları çıxış edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmışdılar.
Sonda rayon komissiyasına metodiki köməklik göstərilmiş və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanmışdır.