Növbəti maarifləndirmə xarakterli tədbir Lənkəran şəhərində keçirilib

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 31 oktyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

   Heydər Əliyev mərkəzində keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, şəhər komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

  Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat vermişdir və iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmışdır.

  Eyni zamanda, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında tövsiyyələr də diqqətə çatdırılmışdır.

   Yekunda  şəhər komissiyasına metodiki köməklik göstərilmiş və onlar zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.




Baxılıb: 1261