Carı ilin 01 noyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu Qazax Rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda tədbir təşkil edib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak etmişdir.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Tədbir çərçivəsində şəhər komissiyasına metodiki köməklik göstərilmiş və zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.