Xaçmaz rayonunda narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirilib.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə cari ilin 19 noyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu ilə Xaçmaz rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri təşkil olunmuşdur.

  Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.




Baxılıb: 1292