Maarifləndirmə xarakterli tədbirlərin davamı Qusarda təşkil olunub.

  Dövlət Komissiyasının İşçi Qrupu Qusar rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrası ilə bağlı carı ilin 20 noyabr  tarixində maarifləndirmə tədbiri təşkil etmişdir.

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

  Tədbir iştirakçıları çıxışlarında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat vermişdir.

 Eyni zamanda, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında tövsiyyələr də diqqətə çatdırılmışdır.

 Həmçinin, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. Tədbirlər çərçivəsində rayon komissiyasına metodiki köməklik göstərilmiş və onlar zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.




Baxılıb: 1159