Pirallahı rayonunda narkomalığa qarşı mübarizəyə dair maarifləndirmə tədbiri keçirilib

    Cari ilin 22 noyabr tarixində Pirallahı rayon Gənclər Mərkəzində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə  Dövlət Komissiyasının İşçi Qrupunun və Pirallahı rayon İcra Hakimiyyətinintəşəbbüsü ilə təşkil olunmuşdur.

   Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, o cümlədən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. 

   Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.




Baxılıb: 2521