İsmayıllıda narkomanlığa qarşı mübarizə mövzusunda tədbir təşkil olunub.

 Carı ilin 27 noyabr  tarixində Dövlət Komissiyasının İşçi Qrupu İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı İsmayıllı Peşə Tədris Mərkəzində maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, DTX Rayon şöbəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Rayon polis şöbəsinin rəisi, rayon prokuroru, rayon komissiyasının üzvləri, müəllimlər və metodistlər həmçinin, peşə tədris mərkəzinin tələbələri  iştirak etmişdir.

 Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

 Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında  paylanılmışdır.




Baxılıb: 2672