Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədi iləNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin birgə təşkilatçılığı ilə cari ilin 03 dekabr tarixindəYasamal rayon 2 saylı Tibb Kollecində“Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda tədbir keçirilib.
TədbirdəNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi idarə heyətinin sədri,Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu, 2 saylı Tibb Kollecinin direktoru, Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı və digərləri çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat verilmişdir.
Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, narkotiklərin ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.
Həmçinin tədbirdə iştirakçılarla mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara narkomanlıqla mübarizəyə dair çap materialları və maarifləndirici bukletlər paylanmışdır.
Bundan əlavə iştirakçılara narkotiklərin növləri və onların törətdiyi fəsadlar barədə slayd nümayiş olunmuşdur.