Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maarifləndirici sosial çarx yayımlanır

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomaniya ilə bağlı hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarxın Bakı şəhərinin bir sıra küçə və prospektlərdə olan elektron lövhələrdə yayımlanmasına başlanılıb.

    Qeyd olunan sosial çarx “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yayımlanır.

 




Baxılıb: 2608