Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında birgə Tədbirlər Planı imzalanıb

    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməs iməqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətiilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyasının daimi fəaliyyət göstərən İşç iQrupu arasında 2020-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.

    Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin mövzusu, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

   2020-ci il ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər, cəzaçəkən məhkumlar arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda, eləcə də müvafiq videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək.




Baxılıb: 2510