Dövlət Komissiyasının 2020-ci ilə dair İş Planı təsdiq edilmişdir.

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin gücləndirilməsi və görülən işlərin davamlılığının təmin olunması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair İş Planı hazırlanaraq icraya yönəldilmişdir. Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilmişdir.




Baxılıb: 3326