Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında maarifləndirmə tədbiri keçirilib

    Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”nın icrası ilə əlaqədar cari ilin 12 fevral tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilmişdir.

     Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər, bukletlər və xəbərdarlıq vərəqələri  iştirakçılar  arasında paylanılmışdır.




Baxılıb: 3799