Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt-komitənin səkkizinci iclası keçirilmişdir

   2020-ci ilin 4-5 mart tarixlərində Brussel şəhərində Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, Azadlıq və Təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt-komitənin növbəti 8-ci iclasında Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı iştirak etmişdir.

   İclasın ikinci günündə, alt-komitə Azərbaycan və Avropa İttifaqında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi mövzusunda fikir mübadiləsi ilə davam etmişdir. Müzakirələrdə Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə siyasətində aparılan islahatlar, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər qeyd olunmuş, bundan başqa, ötən il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər, aşkarlanmış cinayət faktlarının və müsadirə edilmiş narkotik vasitələrin statistikasına dair məlumat verilmişdir.  




Baxılıb: 1869