Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən, ictimai maarifləndirmə tədbirləri çərçivəsində narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə Dövlət Komissiyasının və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı ilə müasir informasiya texnologiyayalarının imkanlarından istifadə etməklə sms bildiriş (Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən mərhələli şəkildə cari ilin 26 iyun tarixindən etibarən SMS vasitəsilə abunəçilərə göndərilməsinə başlanılmışdır.