Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində müasir informasiya texnologiyayalarının imkanlarından istifadə etməklə cari ilin 10 iyul tarixindən etibarən mərhələli şəkildə “Azercell” mobil rabitə operatorunun 2,9 milyon abunəçisinə SMS bildirişin (“Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61”) göndərilməsi təmin edilmişdir.