Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə videokonfrans keçirilmişdir

Cari ilin 29 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Informasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) təşəbbüsü ilə 2021-2025-ci illəri əhatə edən yeni proqram layihəsinin hazırlanması məqsədi ilə ölkəmizin aidiyyəti dövlət qurumlarının iştirakı ilə virtual platformada məsləhətləşmələrin aparılması üçün videokonfrans keçirilmişdir.

Məsləhətləşmələrin məqsədi Azərbaycan Respublikasının bu proqrama qoşulmaq marağını və qarşıda gələn illər üçün narkotiklər, cinayətkarlıq və terrorçuluqla mübarizə sahəsindəki prioritetlərini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin növbəti illər üçün qlobal istiqamətlərini təqdim etmək, birgə əməkdaşlıq planlarını və gələcək perspektiv imkanlarını müzakirə etmək olmuşdur.

Videokonfransda Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndəsi, MARİƏM-in rəhbərliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri iştirak etmişdir.




Baxılıb: 1825