Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Gəncə şəhəri Totanlı küçəsinin baş hissəsində "Gəncə" çayının boş torpaq ərazisində 1852 ədəd, ümumi çəkisi 1018 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.