Dövlət Komissiyasının İşçi Qrupunda "Qaynar xətt" xidməti fəaliyyətə başlayıb

    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək  məqsədilə  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “Qaynar xətt”- rabitə əlaqəsi yaradıllb.

   Qaynar xətt xidməti üçün 802 telefon nömrəsi ayrılmışdır. "802" xidmətinə daxil olan müraciətlərin qəbulu həftənin I-V günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.




Baxılıb: 1567