“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılmış və bir il ərzində nümayişi nəzərdə tutulmuşdur.
Eyni zamanda görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi bitdikdən sonra Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial çarxların metro stansiyalarında mövcud olan monitorlarda da nümayiş olunması planlaşdırılmışdır.