“Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda videokonfrans şəklində görüş keçirilib

    Cari ilin 23 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda onlayn konfrans keçirilmişdir.

    Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru, direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri,  50-dən çox müəllim və tələbə heyəti iştirak edib.

    Videokonfransda çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 




Baxılıb: 1267