Maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdədir.

    Məlumat üçün bildirilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər, onların nəticələri və sair barədə əhalini məlumatlandırmaq məqsədi ilə 2014-cü ildən “İki Sahil” qəzetində rubrika açılmış və aidiyyəti dövlət orqanları tərəfindən göndərilən materiallar hər həftənin şənbə günü dərc edilmişdir.

     Adı çəkilən qəzetdə açılan bu rubrika geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandığından, “İki Sahil” qəzetinin rəhbərliyi ilə rubrikanın 2021-ci ildə də davam etdirilməsi razılaşdırılmışdır.

    Ölkədə aparılan anti-narkotik təbliğatın daha da gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  üzvi olan nazirlik, komitə, xidmət və təşkilatlar, həmçinin şəhər və rayon İcra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə  üzrə komissiyalar tərəfindən təqdim olunan məqalələrin qəzetdə dərc edilməsi nəzərdə tutulmuşdur.




Baxılıb: 986