Əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır

  Fevralın 03-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə “Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyası” arasında əməkdaşlığa dair 2021-2024-cü illəri əhatə edən Anlaşma Memorandumu imzalanmışdır.

    Memoranduma əsasən, tərəflər antinarkotik təbliğat, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması sahəsində əməkdaşlıq edəcək, beynəlxalq təcrübədən istifadə etməklə birgə məsləhətləşmələr, profilaktik tədbirlər və  seminarlar keçirəcəklər.

   “Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyası”nda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində fəaliyyət göstərən 12 qeyri-hökumət təşkilatı təmsil olunur.




Baxılıb: 1171