Dövlət Proqramının həyata keçirilməsi üzrə elmi-praktiki konfrans təşkil olunub.

   29 aprel tarixində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il  tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə onlayn formatında elmi-praktiki konfrans keçirilmişdir.

  Konfransda  Bakı Dövlət Universitetinin Hüquqfakültəsinindekanı, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev  adına   Akademiyasının   rəisinin   birinci   müavini,   Azərbaycan  Respublikası DTX-nin Heydər Əliyev adına Akademiyasının Cinayət hüququ kafedrasının rəisi, BDU-nun Cinayət prosesi kafedrasının müdiri, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Elmi-Tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin Kompleks ekspertizalar şöbəsinin rəisi, Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi, DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimi,  Ədliyyə Nazirliyinin  Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosentivə aidiyyəti qurumların nümayəndələri o cümlədən 120 tələbə heyəti  iştirak etmişdir.

  Tədbirdə çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən aşkarlanmanın vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında müzakirələr aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 




Baxılıb: 1178