Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində yerləşən boş torpaq sahəsində 1500 ədəd, ümumi çəkisi 1 ton 200 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.