Nəsimi rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində video-konfrans keçirilib.

    26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə videokonfrans şəklində maarifləndirici tədbir keçirilmişdir.

    Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı   mübarizə üzrə rayon komissiyasnın sədri Zahid Xəlilov, Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin əməkdaşı polis kapitanı Yeganə Zeynalova, “Məşədi Dadaş Zülfüqaroğlu məscidi” dini icmasının rəhbəri Şahin Həsənov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışmış, məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.




Baxılıb: 1524