Şirvan şəhərində “26 iyun - Narkotik vasitəlıərin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində tədbir keçirilib

    24 iyun 2021-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə 26 iyun “Ümumdünya Narkotiklərlə Mübarizə günü” ilə əlaqədar “Sağlam gələcək naminə -Narkotiklərə yox deyək” adlı onlayn videokonfrans keçirilmişdir.

    Konfransda Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi, tələbələr, şagirdlər və gənclər iştirak etmişdir.

    Tədbirdə çıxış edənlər müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunmasının, orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

 




Baxılıb: 1117