“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar (iki formada) cari ilin 24 iyun tarixindən etibarən (5 gün müddətində)  elektron informasiya terminallarında (VMS) nümayiş olunur.




Baxılıb: 1299