Narkotiklərin ziyanı ilə bağlı 1,3 milyon "Azərfon" abunəçisinə SMS-bildiriş göndərilib

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı ilə iyunun 25-dən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə "Azərfon" abunəçilərinə SMS formasında zəruri bildiriş və əlaqə vasitələri göndərilib.

     Həmin məlumatın (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) yer aldığı SMS-lər mərhələli qaydada təqribən 1,3 milyon abunəçiyə ünvanlanıb.




Baxılıb: 1595