Qəbələ rayonunda “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

    25 iyun 2021-ci il tarixində Qəbələ rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomanlığa birlikdə yox deyək” mövzusunda onlayn tədbir keçirilmişdir.   

   “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədartəşkil edilən video konfransda Dövlət Komissiyasının İşçi Qrupunun, rayon İcra hakimiyyətinin, polis şöbəsinin, təhsil şöbəsinin, gənclər və idman idarəsinin, uşaq və ailələrə dəstək mərkəzinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

   Tədbirdə çıxış edənlər narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirmişdilər.

    Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.




Baxılıb: 1344