“26 iyun - Narkotik vasitəlıərin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində konfrans keçirilib.

   26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar 01 iyul 2021-ci il tarixində  Bakı Dövlət Universiteti Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti bilək” mövzusunda video-konfrans keçirilmişdir.

  Tədbirdə,Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Narkotiklərlə Mübarizə Baş idarəsinin əməkdaşı Nadir Məmmədov,Respublika Narkoloji Mərkəzinin psixoloquRamin Allahverdiyev, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müəllimləri Aynurə Musayeva və Orxan Aslanov da çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə vebinar iştirakçılarına ətraflı məlumat vermişlər.Təşkil edilmiş video-konfransda Bakı Dövlət Universitetinin müəllimləri ilə yanaşı 127  tələbə heyəti də iştirak etmişdirlər.




Baxılıb: 1032