Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Goranboy rayonunun Mənəşli kəndi ərazisində yerləşən “Köhnə ferma” adlanan ərazidə 1 ha otlaq sahəsindən yabanı halda bitmiş 4800 ədəd, ümumi çəkisi 3 ton olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.